Mərkəzləşdirilmiş kanalizasiya sisteminə malik rayonlardakı istənilən təyinatlı binalarda daxili su təchizatı və kanalizasiya sistemləri nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Yerli qurğularda təmizlənmiş tullantı sularının keyfiyyəti AzDTN 2.11-2-yə, texniki reqlamentlərin tələblərinə və xarici kanalizasiya şəbəkələrinin texniki şərtlərinə uyğun olmalıdır.
Tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları nəzərə alınmaqla həyata keçirilir.