Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

Heftelik.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib.

Qeyd edək ki,  akı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi polis polkovniki Vaqif Əsədov olub. Vaqif Əsədov yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər həmin vəzifəni  polis mayoru Araz Əsgərli müvəqqəti icra edib.