Təsərrüfat-yanğın əleyhinə birləşmiş su təchizatı sistemlərində yanğının söndürülməsinə su verən boru kəmərləri, girişlər və zirzəmilərdəki, çardaqlardakı, texniki mərtəbələrdəki boru şəbəkəsi, yanğın əleyhinə dik borular və s. metal borulardan (çuqun istisna olmaqla), həmçinin qanunvericiliyə uyğun olaraq istifadəsinə yol verilən polimer materiallardan, təsərrüfat-içməli suyu nəql edən dik borular və mənzil paylaşdırıcıları isə bu normalara uyğun inşa edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğın əleyhinə müstəqil su təchizatı sistemi (girişlər, şəbəkə, dik borular) metal borulardan (çuqun istisna olmaqla) inşa edilməlidir.