Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyindən məlumatında qeyd olunub.
Qeyd edilib ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb.