Bir qrup sənədin annotasiyasına bu sənədlərin fondlarının, siyahılarının, işlərinin, lazım gəldikdə isə vərəqlərinin də nömrələrini əks etdirən axtarış məlumatları daxil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Axtarış məlumatları olan bir qrup sənədin annotasiyası icmalda ardıcıl tətbiq olunan aşağıda göstərilmiş bir və ya bir neçə əlamətlər üzrə yerləşdirilir:

-mövzu, yarımmövzu və məsələlər üzrə;

-fondtəşkiledənin funksiyaları üzrə;

-fondtəşkiledənin struktur qurumları üzrə;

-xronoloji ardıcıllıqla.