Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 7-yə çatıb.

Heftelik.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələni səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bundan öncə MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.