Təsərrüfat-içməli su kəmərlərinin kanalizasiya kollektorları ilə ancaq keçilə bilən kanallarda birlikdə yerləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə hallarda kanalizasiya boruları su kəmərindən aşağıda yerləşdirilməlidir. Müvafiq əsaslandırma olduqda və layihə tapşırığına əsasən su kəmərlərinin xüsusi kanallarda çəkilməsinə yol verilir. Zirzəmi otaqları istisna olmaqla texnoloji avadanlığa su verən boru kəmərlərinin döşəmədə və ya döşəmə altında çəkilməsinə yol verilir.