Yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə malik olmayan rayonlarında hündürlüyü iki mərtəbədən çox olan yaşayış binaları, mehmanxanalar, ahıllar, əlilliyi olan şəxslər üçün internat evləri, poliklinikalar, ambulatoriyalar, dispanserlər, gigiyena və epidemiologiya mərkəzləri, sanatoriyalar, istirahət evləri, pansionatlar, idman-sağlamlıq kompleksləri, məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələri, kinoteatrlar, klublar və istirahət-əyləncə müəssisələri, ictimai-iaşə müəssisələri, idman qurğuları, hamamlar və camaşırxanaların daxili su kəmərində içməli suyun fərdi və (və ya) ümumi təmizlənmə sistemi, həmçinin yerli təmizləmə qurğularına malik suyun kənarlaşdırılması sistemi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.