Daxili su kəməri şəbəkələrində boruların diametrləri xarici su kəməri şəbəkəsindəki təminatlı təzyiqdən maksimum istifadəyə hesablanmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Boru kəmərlərinin diametrlərinin hesabatı maksimum saniyəlik sərfə aparılmalıdır. Diametrlərin hesablanması zamanı suyun boru kəmərindəki hərəkət sürətinin 1,2 m/s qəbul edilməsi tövsiyə olunur. Daxili şəbəkələrin boru kəmərlərində suyun maksimal hərəkət sürəti 1,5 m/s-dən artıq olmamalıdır. Yanğın söndürülməsi zamanı birləşmiş təsərrüfat-yanğın əleyhinə və istehsalat-yanğın əleyhinə sistemlərin boru kəmərlərində suyun hərəkət sürəti 3 m/s-dən artıq olmamalıdır. Boru kəmərlərində suyun minimal hərəkət sürəti 0,2 m/s-dən az olmamalıdır.