Təsərrüfat-içməli su təchizatı sistemlərində bağlayıcı, suayırıcı, qarışdırıcı və termoqarışdırıcı armatur, əks klapanlar, təzyiq və su sərfi tənzimləyiciləri, əl ilə balanslaşdırılan klapanlar, avtomatlaşdırılmış hava klapanları qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Suayırıcı və bağlayıcı armaturların konstruksiyası onların asan açılıb-bağlanmasını təmin etməlidir. Suayırıcı, tənzimləyici və bağlayıcı armaturların texniki reqlamentlərin tələblərinə uyğunluğu qiymətləndirilməlidir.