Çökmə xassələri qismən və ya tam ləğv edilmiş I tip qrunt şəraitində binaların zirzəmi mərtəbələrində və istehsalat binalarının (texnoloji zirzəmilər, tunellər, çökəkliklər və s.) texnoloji proseslərini və təhlükəsizlik texnikasının tələblərini pozmadan yeraltı otaqlarında daxili su kəmərinin tranzit sudaşıyıcı borularının çəkilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
II tip qrunt şəraitində birinci mərtəbənin döşəmə səviyyəsindən aşağı döşənən tranzit sudaşıyıcı kommunikasiyaların sexlərin yeraltı təsərrüfatı sahələri, texnoloji avadanlığı olan çökəkliklər, tunellər, həmçinin pilləkən qəfəsləri, lift və qaldırıcıların maşın bölmələri, zibil boruları və s. ilə kəsişməsinə yol verilmir.