“Siyahı ilə” qeydli və qüsurlu halda daxil olmuş poçt göndərişləri (daxili sifarişli məktub poçtu göndərişləri istisna olmaqla) poçt işçisi tərəfindən alıcının tələbi və iştirakı ilə açılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt göndərişinin açılması zamanı onun tərkibində çatışmazlıq, zədə və tərkibin dəyişdirilməsi aşkar edilməzsə, onun verilməsi müəyyən olunmuş qayda əsasında həyata keçirilir. Açılma zamanı poçt göndərişinin tərkibində çatışmazlıq, dəyişdirilmə, qismən və ya tam zədələnmə və korlanma aşkar edildiyi hallarda poçt işçisi tərəfindən üç nüsxədə akt tərtib edilir və akt onun, poçt obyektinin rəhbəri və alıcı tərəfindən imzalanır. Aktın bir nüsxəsi poçt göndərişi ilə birlikdə alıcıya verilir, digər nüsxəsi göndəriciyə qaytarılır, üçüncü nüsxə isə xidməti təhqiqat aparılması üçün poçt obyektində saxlanılır.