Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin incəsənət fakültəsinin binasında atışma nəticəsində 15 nəfər ölüb.

Heftelik.az  xəbər verir ki, “Reuters” agentliyi bu barədə yerli polisə istinadən məlumat yayıb.

***

saat 20.04

Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin incəsənət fakültəsinin binasında atışma olub, ölənlər və yaralananlar var.

Heftelik.az  xəbər verir ki, bu barədə Çexiya polisinin rəsmi “X” hesabında məlumat verilib.

İlkin məlumata görə, ən azı 10 nəfər ölüb, 30 yaralı var.

Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini deyib.