Hacıqabulda yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. “Toyota Prado” markalı avtomibillə “QAZel” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan 2 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə cəlb edilən FHN əməkdaşları avtomobildə sıxılmış halda qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.