İsti və soyuq supaylayıcı dik borulardan mərtəbələrdə ayrılmış qollarda kürə şəkilli kran, süzgəc və təzyiq tənzimləyici qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Dispetçerləşdirmə sistemi layihələndirilən zaman mərtəbə kollektorlarından hər bir mənzilə ayrılmış qollarda kürə şəkilli kran və impulslu çıxışı olan su sayğacı qoyulmalıdır.
İsti və (və ya) soyuq su kəmərləri olan yeni tikilən, bərpa və əsaslı təmir edilən binalar üçün parametrləri texniki reqlamentlərin və bu bölmənin tələblərinə uyğun isti və soyuq su sayğacları qoyulmuş suölçən qovşaqlar nəzərdə tutulmalıdır. Suölçən qovşaqların layihələri bu normaların tələblərinə və su təchizatı və kanalizasiya müəssisənin texniki şərtlərinə əsasən tərtib olunmalıdır.