Mərkəzləşdirilmiş isti su təchizatı sistemləri üçün suyun isidilməsi və emalı sxemləri AzDTN 2.12-1, AzDTN 2.12-3 tələblərinə əsasən seçilməlidirlər.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Mərkəzləşdirilmiş isti su təchizatı sistemlərindən su götürmə yerlərində suyun temperaturunun bu normaların 5.1.2-ci yarımbəndində göstəriləndən aşağı olmamasını təmin etmək üçün su götürülməyən dövrdə isti suyun sirkulyasiya sistemi nəzərdə tutulmalıdır.
Müəyyən zaman kəsiyində isti su tələb edilən isti su təchizatı sistemlərində su götürmə yerlərində suyun temperaturu bu normaların 5.1.2-ci yarımbəndində göstəriləndən aşağı düşməyən hallarda isti suyun sirkulyasiyasının nəzərdə tutulmamasına yol verilir.