Qabaqcıl gigiyena TƏCRÜBƏSİ

21 Dekabr 2023, 09:30

Qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”da əksini tapıb.

Qabaqcıl gigiyena təcrübəsi (GHPs – Good Hygiene Practices) istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə, qida məhsullarının çirklənəsinin qarşısının alınmasına yönəlmiş tədbirlərin məcmusudur.

Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) – qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir.