Su sayğacı keçidinin şərti diametri su tələbatı müddətində (sutkalar, növbələr) orta saatlıq sərfə görə seçilir və cihazın pasportuna görə istismar sərfindən artıq olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Şərti keçid diametri belə seçilmiş sayğac yoxlanılmalıdır:
- a) maksimum hesablama saatlıq və ya maksimum saniyəlik sərfin buraxılmasına; bu zaman sayğaclardakı təzyiq itkisi pərli cihazlar üçün 5,0 m-dən, turbinli cihazlar üçün isə 2,5 m-dən artıq olmamalıdır.
- b) maksimal hesablama saatlıq və ya maksimal saniyəlik sərfin buraxılmasına, yanğın əleyhinə hesablama su sərfi nəzərə alınmaqla; bu zaman sayğaclardakı təzyiq itkisi pərli cihazlar üçün 10,0 m-dən, turbinli cihazlar üçün isə 5,0 m-dən artıq olmamalıdır.
- c) saatlıq minimal hesablama su sərflərinin ölçülməsinin mümkünlüyünə; bu zaman seçilmiş sayğac üçün minimal su sərfi (metroloji sinfindən asılı olaraq cihazın pasportuna görə) minimal saatlıq hesablama su sərfindən artıq olmamalıdır.