Soyuq və isti su kəməri sistemləri su istehlakçılarının və ya sanitar-texniki cihazların hesablama sayına uyğun su sərfinin verilməsini təmin etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Su kəmərlərinin hidravlik hesablanması və müvafiq avadanlığın seçilməsi üçün isti və ya soyuq suyun aşağıda göstərilən hesablama sərflərindən istifadə etmək lazımdır:
-suyun saniyəlik maksimal sərfi (ümumi, isti və ya soyuq), l/s;
-suyun saatlıq maksimal sərfi (ümumi, isti və ya soyuq), m3/st;
-orta saatlıq su sərfi (ümumi, isti və ya soyuq), m3/st;
-minimal saatlıq su sərfi (ümumi, isti və ya soyuq), m3/st;
-orta illik su tələbatına uyğun sutkalıq su sərfi (ümumi, isti və ya soyuq), m3/sut.