İnventarlaşdırılma tullantıların əmələ gəlməsi üzərində monitorinqə nəzarət mexanizmidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.

İdentifikasiya (eyniləşdirmə) istehsal prosesində əmələ gələn tullantıların təhlükəli və ya təhlükəsiz olmasının təyin edilməsidir.

Təsnifat (klassifikasiya) sistemi tullantıların növlərini təyin etmək üçün istifadə olunan metod olmaqla, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyası üzrə H- kodlarının təhlükəlilik xüsusiyyətlərini ifadə edən sistemdir.