Daxili yanğın kranları qarşısında sərbəst basqı günün istənilən vaxtında binanın ən hündür və uzaq hissəsində yanğını söndürmək üçün yanğın şırnağının yığcam hissəsinin tələb olunan hündürlüyünün yaranmasını təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğın şırnağının yığcam hissəsinin ən az hündürlüyü və təsir radiusu otağın döşəmə səviyyəsindən tavanının ən hündür nöqtəsinə qədər olan məsafə qədər, lakin aşağıda göstərilənlərdən az olmayaraq qəbul edilməlidir:
6 m – hündürlüyü 50 m-ə qədər olan yaşayış, ictimai, istehsalat və sənaye müəssisələrinin köməkçi binalarında;
8 m – hündürlüyü 50 m-dən artıq olan yaşayış binalarında;
16 m – hündürlüyü 50 m-dən artıq olan ictimai, istehsalat və sənaye müəssisələrinin köməkçi binalarında.