Domkratlar və ya digər qurğularla düzləndirilməklə müdafiə olunan binalarda boru kəmərlərinin normal istismar edilməsi üçün tədbirlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə binalarda dik boruların magistrala birləşdiyi və paylayıcı boru kəmərlərinin sürüşmə tikişinin üstündə yerləşən bina elementlərinə bərkidildiyi yerlərdə kəmərin üfüqi və şaquli yerdəyişməsini təmin edən tənzimləyicilər nəzərdə tutulmalıdır. Yerdəyişmələrin ölçüsü binaların hesablama elastiklik qabiliyyəti və boru kəmərlərinin temperaturun təsirindən uzanmasından asılı olaraq təyin edilir.