İllər sonra bütün dünyaya itirilmiş əraziləri geri qaytararaq bunu isbat etmiş oldu. Bu qalibiyyət sadəcə zəfər tarixi deyil, bəşəriyyətin sonuna kimi Azərbaycan adı çəkiləndə duyulan qürur mənbəyi kimi zirvələrə ucaldı. Həmrəylik anlayışı dünyada mövcud idi, lakin onun necə bir hiss olduğunu Azərbaycan xalqı dünyaya göstərmiş oldu. Birlik və həmrəyliyin necədə hər çətinliyə sinə gələ biləcəyini və hansı savaş olursa olsun üstünlüyün həmrəylikdən yana olduğunu bir daha öyrənmiş olduq. Müharibə dedikdə sadəcə zirehli texnikanın apardığı döyüş nəzərdə tutulmur. Onunla bərabər sosial medianın, canlı kütlənin savaşdığı neçə-neçə sosial məsələlər var idi ki onları qeyd etməliyik. Düşünək ki, ön cəbhədə həmin o müharibə şəraiti hökm sürür buna əks olaraq arxa cəbhədən dəstək görülmür. Bu zaman təbidir ki, qalibiyyətin adı çəkilə bilməz. Lakin Bizim xalqımız və güclü ordumuz bu situasiyanın tərsinin necədə fəxr verici halla nəticələndiyini dünyaya aşılamış oldu. Bu qürur verici hal Ömür boyu Dünya Azərbaycanlıları və Azərbaycan xalqı tərəfindən daim yaddaşlarda özünün silinməz yerini tutaraq orada özünə məskən saldı. Təbii ki, biz bu qürurverici halı bizə yaşadıb, yaddaşlarımızdan silinməz yeri qazandıran həmin o torpaq paylarını – şəhidlərimizi unutmamışıq, unutmarıq da. Onların həmin o igidlikləri sayəsində biz bugün bu tarixdən, şanlı səhifələrdən uzun-uzun danışa bilirik. Hər qəhrəman özünün xatirəsini ürəyimizə həkk etməyi bacardı. Tarixdə onları unutmayacaq. Çünki illərin alınmaz qalasını, dözülməz həsrətini söndürmüşdü onlar. Unutsaq bizə Vətən çörəyi halal olmaz. Bu tarix hər bir Azərbaycanlının nəsildən-nəsilə ötürəcəyi iftixar verici bir haldır. Biz çox şanslıyıq ki həmin o əbədi qürur mənbəyinin vüsət tapdığı o doğma Torpaq olan – Azərbaycan da yaşayırıq. Və illər keçsə də bu hadisənin qürur vermə sevincinin həmin o təəssüratı dəyişməyəcək, eyni tərzdə qürur verən bu hadisə yaddaşımıza “Əbədi qürur mənbəyi” kimi həkk olunacaq!
Nərmin Xanbutayeva
Azərbaycan Dillər Universiteti