Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndərişləri gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün poçt rabitəsi operatorları tərəfindən gömrük orqanlarına təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Audio-video yazılarının, maqnit və digər məlumat daşıyıcılarının gömrük rəsmiləşdirilməsi xüsusi texniki nəzarət vasitələrindən istifadə etməklə gömrük nəzarəti aparıldıqdan sonra həyata keçirilir.