Yanğın kranları qarşısındakı basqı uzunluğu 10, 15 və ya 20 m olan yanğın şlanqlarındakı basqı itkisi nəzərə alınaraq təyin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Sərfi 4 l/s-yə qədər olan yanğın şırnaqları almaq üçün diametri 50 mm olan, daha böyük məhsuldarlıqlı yanğın şırnağı almaq üçün isə diametri 65 mm olan yanğın kranı və şlanqdan istifadə edilməlidir. Müvafiq əsaslandırma olduqda məhsuldarlığı 4 l/s-dən çox olan 50 mm diametrli yanğın kranlarından istifadəyə yol verilir.