Göndərici ona geri qaytarılmış poçt göndərişini almaqdan imtina etmək hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Bu halda poçt göndərişi rəsmiləşdirilir və paylanmayan poçt göndərişlərinə aid edilməklə müvəqqəti olaraq poçt rabitəsi operatorunda saxlanılır. Fiziki şəxslərə ünvanlanmış daxili pul köçürmələri nağd şəkildə milli valyutada, beynəlxalq pul köçürmələri isə bağlanmış ikitərəfli müqavilələrə uyğun şəkildə ödənilir.