Bütün bina və qurğuların, yaşayış binalarındakı hər bir mənzilin və yaşayış olmayan istənilən otaqların, yeni tikililərin, yaşayış, ictimai və ya istehsalat binalarına əlavə edilmiş, yaxud daxilindəki yaşayış olmayan tikililərin isti və soyuq su təchizatı girişlərində su sayğacları qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Ayrı-ayrı otaqlara ayrılan su kəməri qollarında, həmçinin ayrı-ayrı sanitar-texniki cihazlara və texnoloji avadanlıqlara su verən borularda su sayğacları layihə tapşırığına əsasən qoyulur. Soyuq və isti su kəmərləri sistemlərindən götürülən suyun ayrılıqda uçotunun aparılması təmin edilməlidir.