Vanna və duş otaqlarında havanın temperaturunun AzDTN 2.12-2 və sanitar normalarının tələblərinə uyğun sabit saxlamaq üçün dəsmal quruducuları birbaşa isti su təchizatı sisteminin suverici boru kəmərinə və ya istehlakçının elektrik enerjisi sisteminə qoşulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Müvafiq əsaslandırma olduqda və dəsmal quruducularının qoşma borusu bağlayıcı armaturla təchiz edildikdə və qapadıcı sahəsi olduqda dəsmal quruducularını isti su təchizatı sisteminin resirkulyasiya borularına qoşmağa yol verilir.