İsti su və ya buxar nəql edən boru şəbəkəsi ilə bir kanalda yerləşdirildikdə soyuq su kəməri şəbəkəsi onlardan aşağıda çəkilməli və istilik izolyasiya materialı ilə mühafizə olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Daxili su kəməri şəbəkələri ən azı 0,002 mailliklə çəkilməlidir. Sıxlıq şəraitində və müvafiq əsaslandırma olduqda daxili su kəməri şəbəkələrinin 0,001 mailliklə çəkilməsinə yol verilir.