Daxili su kəməri şəbəkələrində bağlayıcı armaturların necə qoyulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxili su kəməri şəbəkələrində bağlayıcı armaturlar qoyulmalıdır:
– hər bir girişdə;
– ayrı-ayrı sahələri işdən ayırmaq üçün halqalı, paylayıcı şəbəkədə (halqanın yarısından çox olmayaraq);
– su təchizatında fasiləyə yol verməyən istehsalat soyuq su kəmərinin halqalı şəbəkəsində aqreqatlara iki tərəfdən suyun verilməsini təmin etmək üçün;
– üstündə yanğın kranlarının sayı 5 və daha çox olan yanğın dik borularının aşağısında;
– hündürlüyü 3 mərtəbə və daha çox olan binaların təsərrüfat-içməli və ya istehsalat su təchizatı şəbəkələrinin dik borularının aşağısında;
– 5 və daha çox suayırıcı nöqtələri qidalandıran boru qollarında;
– su kəmərinin magistral xəttindən ayrılan qollarda;
– hər bir mənzilə və ya mehmanxana nömrəsinə daxil olan qollarda; yuyucu çənlərə və suqızdırıcı cihazlara su verən borularda; qrup halında qoyulmuş duş və əlüzyuyanlara ayrılan qollarda;
– hündürlüyü 3 mərtəbə və daha çox olan bina və qurğularda suverici və sirkulyasiya dik borularının aşağısında;
– seksiya qovşaqlarına su verən qollarda;
– xarici sulama kranlarından əvvəl;
– texnoloji tapşırığa əsasən xüsusi təyinatlı cihaz, aparat və aqreqatlardan (istehsalat, müalicə xarakterli, təcrübə və s.) əvvəl;
– suölçən cihaz qovşaqları sxemlərində.
Bağlayıcı armatur şaquli halqalandırılmış dik boruların yuxarı uclarında və aşağılarında nəzərdə tutulmalıdır.