Uşaq qida məhsulları uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş xüsusi təyinatlı qida məhsullarıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”da əksini tapıb.
Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən xüsusi təyinatlı qida məhsullarıdır.