İsti su kəməri şəbəkəsinin hesablanmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İsti su kəməri sistemini iki iş rejimi nəzərə almaqla hesablamaq lazımdır:
– su götürülmə rejimində – isti suyun saniyəlik hesablama sərfinin təyini bu normaların 5.2.11-ci yarımbəndinə uyğun, suverici boru kəmərlərinin diametrlərinin seçilməsi, sistemdə basqı itkisinin təyini – Əlavə 4-ə görə;
– sirkulyasiya rejimində – sistemin su verici boru kəmərlərindəki istilik itkisini bərpa edən, tələb olunan sirkulyasiya su sərfinin təyini- Əlavə 3-ə görə; sirkulyasiya boru kəmərlərinin diametrlərinin seçilməsi və ayrı-ayrı halqalarda basqı itkisinin uzlaşdırılması.