Material balansı istehsal prosesi zamanı giriş və çıxışdakı materialların (maddələrin) miqdarının eyni olmasını müəyyən edən hesablama üsuludur.

Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.

Prioritet qayda (yuxarıdan aşağıya) tullantı qarışığında olan maddələrin təhlükəlilik xüsusiyyətlərinə görə düzülüşünü müəyyən edən qaydadır.

İnventarlaşdırılmada iştirak edən tərəf müəssisənin ərazisinə baxış keçirdikdən sonra, bu ərazidə tullantı əmələ gələ bilən mənbələri təyin etmək üçün müəssisədə mövcud olan bütün texnoloji reqlamentləri və digər normativ sənədləri nəzərdən keçirir.