Layihə tapşırığına əsasən yaşayış məntəqələrinin kanalizasiyalaşdırılmamış rayonlarında bir və iki mərtəbəli yaşayış binalarında içməli suyu və tullantı sularını yetərincə təmizləyən yerli qurğular da nəzərə alınmaqla daxili su təchizatı və kanalizasiya sistemlərinin qurulmasına yol verilir.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Müəssisədə mərkəzləşdirilmiş su kəməri olmadıqda və növbədə işləyənlərin sayı 25 nəfərdən çox olmadıqda köməkçi və istehsalat binalarında daxili su kəməri və kanalizasiyanın qurulmamasına yol verilir.

Daxili təsərrüfat-içməli, yaxud istehsalat su kəməri olan binalarda daxili kanalizasiya sistemi nəzərdə tutulmalıdır.