Bina və ya qurğuların girişində hidrostatik təzyiqi təminatlı təzyiqdən yuxarı qaldırmağa ehtiyac olduqda və ya onun periodik çatışmazlıqda, həmçinin mərkəzləşdirilmiş isti su təchizatı sistemində məcburi sirkulyasiyanı saxlamağa ehtiyac olduqda nasos aqreqatının qoyulması nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Nasos qurğusunun yaradacağı tələb olunan təzyiq düsturu ilə hesablanmalıdır.

Hp = 1,2 (Hgeom + ∑Hl, tot + Hf – Hg )

burada Hgeom – nasosun oxundan ən yüksəkdə yerləşmiş suayırıcı cihaza qədər olan həndəsi hündürlük, m-lə;

– soyuq və isti su kəmərlərində, diktəedici istiqamətdə ən yüksəkdə yerləşmiş cihaza qədər olan məsafədə təzyiq itkilərinin (giriş qovşağında, sayğaclarda, boru kəmərinin avadanlıq və armaturlarında) cəmi, m su sütunu;

Hf  – sanitar-texniki cihazın istehsalçının verdiyi pasporta və ya Əlavə 1-in 1.1 cədvəlinə əsasən qəbul edilmiş sərbəst basqısı (suyun axma nöqtəsində təzyiq), m su sütunu;

Hg –  binanın girişində xarici su kəmərindəki ən az təminatlı təzyiq, m su sütunu;

1,2-ehtiyat əmsalıdır.