Bir neçə gün öncə Polşanın Vrotslav şəhərində yaşayan 28 yaşlı Adilə Mehdiyeva və uşağı itkin düşüb.
Heftelik.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Azərbaycanın Polşadakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisədən məlumatlıdırlar.
“Bununla bağlı aidiyyəti qurumlara müraciət də ünvanlanıb”, – sorğuya cavabda bildirilir.