Prezident İlham Əliyev: “Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Azərbaycanın zəngin dövlətçilik tarixi vardır.  Müasir dünyada Azərbaycanla bağlı etibarlı tərəfdaş kimim təsəvvürlər mövcuddur. Dövlətimizin rəhbərliyi bütün parametrlər, o cümlədən insanların rifahının yaxşılaşdırılması istiqamətində inkişafa nail olmaq üçün maksimum səy göstərir. Bu, Azərbaycanın dayanıqlı inkişafının əsas məqsədidir. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.

Xatırladaq ki, Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Prezident İlham Əliyev deyib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır… Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir”.

Dövlətimizin ali məqsədlərindən biri insanların rifahının yaxşılaşmasına xidmət etməkdir. Azərbaycanın iqtisadi qüdrətinin özləlliyi insana xidmət etmək, onun həyatını müsbət mənada dəyişdirməkdir. Yəni dövlətimiz insan kapitalı amilinə xüsusi dəyər verir. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.

Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioriteti insanların rifahının yaxşılaşdırılmasıdır. Bu gün Azərbaycan dövləti iqtisadiyyatının gücü və qüdrəti ilə də tanınır. Bir sıra beynəlxalq layihələrdə Azərbaycanın aparıcı rol oynaması bunu deməyə əsas verir. Eyni zamanda, Azərbaycan həm müasirləşir, həm qüdrətlənir. Azərbaycan iqtisadiyyatı tam rəqabətə dözümlüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda sıçrayışlı iqtisadi inkişaf var.

Hökumətin sosial siyasəti, ümumiyyətlə bütün vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Prezident ötən il bəyan etmişdi ki, 2023-cü ildə minimum əmək haqları yaşayış minimumuna çatdırılacaq. Prezident ölkədəki dinamikanın 2023-ci ildə Azərbaycan iqtisadiyyatı üçün, ümumi inkişafımız üçün uğurlu il olacağını, ölkəmizin bu ildə qarşıda qoyduğu bütün vəzifələri uğurla yerinə yetirəcəyini vurğulamışdır. Artıq bu hədəflərə tam nail olunub.

Prezident İlham Əliyevin prioritet prinsipi real iş və konkret fəaliyyətdir. Bu da cənab Prezidentə Ulu Öndər Heydər Əliyevdən qalmış peşəkarlıq qabiliyyətidir.

 

 

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri