Qalib Azərbaycan xalqı

22 Dekabr 2023, 12:58

Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib  dövlət  xalqımız isə məğrur xalq kimi tanınır. Prezident İlham Əliyev Azərbaycanı  etibarlı tərəfdaş  regionda  və dünyada müstəqil xarici siyasət  yürüdən bir aktor kimi  tanıtdı.  Ölkəmizin beynəlxalq  əlaqələrini gücləndirdi. Elə bunun məntiqi  nəticəsi idi ki, 44 günlük  Vətən  müharibəsi  dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərməyi  bacardı.

Prezident İlham Əliyev prinsipiallıq yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi. Məqsədyönlü ardıcıl siyasət aparması bütün bunların nəticəsi olaraq  tarixi Qələbə  qazandıq. Xalqımızın bu tarixi heç vaxt unudulmayacaq qələbəsidir. Bu, haqqın ədalətin zəfəridir. Bu, Prezidentlə xalqın ordunun birliyinin  təntənəsidir. Azərbaycan xalqı bu zəfərlə, qələbə ilə  fəxr edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz bir-birinin ardınca düşmənə ağır zərbələr vuraraq təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. 44 gün davam edən müharibədə vətən torpağının erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində işğal altında olan torpaqlarımız işğalçılardan azad olundu. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.

2023-cü il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq”.

Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qalib və qürurlu xalq kimi tanınır . Dünya mətbuatı və xalqları Azərbaycanı XXI əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq kimi tanıyır. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir reytinqini yüksəldir.

30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza ayaq basırıq Ermənilər faşist ideologiyasını hər zaman nümayiş etdirir. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı qalib xalqdır və bütün bəşəriyyətə öz məğrurluğunu, ədalət prinsipini, humanizmini və ən əsası da gücünü göstərə bildi.

 

 Qurbanlı Elmir

Azərbaycan Universiteti