Sənədlərin icmalı vərəqinin məlumat-sorğu hissəsinə nələrin daxil edildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Sənədlərin icmalı vərəqinin məlumat-sorğu hissəsinə aşağıdakılar daxil edilir:
– icmalın adı göstərilən titul vərəqi;
– icmalın bölmə və yarımbölmələri sadalanmaqla mündəricatı;
– istifadə olunmuş ixtisarların siyahısı;
– sənədləri barədə məlumatlar icmala daxil edilmiş fondların siyahısı (mövzu icmalları üçün).