Seysmikliyi 7-9 bal olan rayonlarda şəbəkə və qurğular layihələndiriləndə xüsusi tədbirlər nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Seysmikliyi 7-9 bal olan rayonlarda şəbəkə və qurğular layihələndiriləndə aşağıdakı xüsusi tədbirlər nəzərdə tutulmalıdır:

– yol verilən yerlərdə zəlzələ baş verdikdə yarana bilən yanğınların söndürülməsinə suyun verilməsini təmin edən qəza nasoslarının və elektrik qurğularının qoyulması;

– nasosların və elektrik qurğularının zəlzələdən müdafiə tədbirləri;

– halqalı su təchizatı sistemlərinin qurulması;

– içməli suyun fasiləsiz verilməsini, həmçinin istehsalat prosesinin təxirəsalınmaz ehtiyaclarını  ödəməyə suyun verilməsini təmin etmək üçün xüsusi tədbirlərin nəzərdə tutulması.