Soyuq su kəməri şəbəkələrinə dair tələblər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Soyuq su kəməri şəbəkələri aşağıdakılara uyğun qəbul edilməlidir:

– suyun verilməsində fasiləyə yol verildikdə və yanğın kranlarının sayı 12-dən az olduqda dalanlı;

– istehlakçıları su ilə fasiləsiz təmin etmək üçün hər birindən qollar ayrılmış iki dalanlı boru kəmərli, halqalı və ya halqalanmış girişli;

– birləşmiş təsərrüfat-yanğın əleyhinə su kəməri olan, hündürlüyü altı və daha çox mərtəbəli binalarda halqalı yanğın dik borulu. Bu zaman bina su kəməri sistemində suyu təzələmək üçün yanğın dik borularını bir və ya bir neçə suayırıcı dik borularla bağlayıcı armatur qoymaqla halqalamaq lazımdır.