Soyuq və isti su kəmərlərindəki hesablama su sərflərinin necə təyin edilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Soyuq və isti su kəmərlərindəki hesablama su sərfləri aşağıda göstərilənlərdən asılı olaraq təyin edilməlidir:

  1. a) saniyəlik su sərfinin qiyməti aşağıdakı kimi qəbul edilir:

– ayrı-ayrı cihazlar üçün Əlavə 1-in 1.1 cədvəlindən;

– oxşar su istehlakçılarına xidmət edən müxtəlif cihazlar üçün Əlavə 1-in 1.2 cədvəlindən;

– müxtəlif istehlakçıların istifadə etdiyi müxtəlif cihazlar üçün – sanitar-texniki cihazların hər bir su istehlakçıları qrupları üçün eyni vaxtda fəaliyyət ehtimalından asılı olaraq;

  1. b) suyun saatlıq sərfindən:

– oxşar istehlakçılar üçün Əlavə 1-in 1.2 cədvəlindən;

– müxtəlif istehlakçıları üçün sanitar-texniki cihazlardan hər bir su istehlakçıları qrupu üçün eyni vaxtda istifadə ehtimalından asılı olaraq;

  1. c) orta illik su tələbatında müxtəlif istehlakçıların sutkalıq su sərfindən Əlavə 1-in 1.2 cədvəlinə əsasən;

ç) su istehlakçıların və ya sanitar-texniki cihazların ümumi sayı və növündən (su kəməri üçün bütövlükdə və ya su kəməri şəbəkəsi sxeminin ayrı-ayrı hesablama sahələri üçün). Sanitar-texniki cihazların (su götürmə yerlərinin) sayı qeyri-müəyyən olduqda onların sayının istehlakçıların sayına bərabər qəbul etməyə yol verilir.