Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon Heydər Əliyev Mərkəzində “Gələcəyə baxış gənclərin gözü ilə” adlı dəyirmi masa keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Daha sonra Ucar rayonu Boyat kənd tam orta məktəbin müəllimi Niftəliyeva Ləman Ədalət qızı, Ramal kənd ümumi orta məktəbin müəllimi Babayeva Aygül Sərxan qızı, 36 saylı Qazıqumlaq kənd kitabxanasının filial müdiri Vəzirova Aysel İlqar qızı, Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Ələkbərzadə Əsmər Nəriman qızı mövzu ətrafında çıxış ediblər.