Ermənistan ikinci atəşkəs elanından dərhal sonra, gecə yarısı Gəncəni yenə namərdcəsinə vurub, 13 nəfər dinc sakin – uşaq, qadın, qoca yatarkən qətl edilib. 50-dən çox insan yaralanıb, insanların evləri tarmar edilib. Ermənistan döyüş meydanında məğlub olanda heyflərini dinc əhalimizdən çıxıblar, bu birinci Qarabağ savaşında da belə olub, Xocalını törədənlər də onlardır. Bu insanlıq əleyhinə cinayətdir, heç bir müharibə qanununa, beynəlxalq konvensiyalara uyğun gəlmir.

Azərbaycan ordusu heç vaxt mülki şəxslərə atəş açmayıb, bu gün də açmır. Müharibəni mərdcəsinə aparır.

Dinc torpaqlarımıza hücumlar olsa da, vətəndaşlarımız öz torpaqlarında yaşayırlar və heç yerə getməyəcəklərini qürurla bildirirlər.

Ermənistanın məqsədi məlumdur: biz də İrəvanı vuraq, bununla da münaqişəyə Rusiya və KTMT qatılsın…

Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçını qovur. Bizim Ermənistan ərazisində hərbi məqsədimiz yoxdur. Lakin, Ermənistan ərazisindən Azərbaycanın dinc şəhərlərinə qarşı təhlükəli silahlardan istifadə edilərsə, necə ki, Gəncə Vardenis rayonu ərazisindən vuruldu, bu artıq Azərbaycana özünü müdafiə hüququnu verir.

Gəncədə ölən günahsız körpə, qadın və valideynlərin qisasını şanlı ordumuz döyüş meydanında aldı! Füzuli şəhəri və ətraf bir neçə kənd işğaldan azad edildi, tarixi Xudafərin körpüsü bizim nəzarətimizə keçdi! Həm Füzulidə, həm də Xudafərində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.

Azərbaycanın haqlı və ədalətli mübarizəsi dünya ölkələri tərəfindən dəstəklənir. Ən çox qardaş Türkiyə mənəvi dəstək olur, bu da xalqımızı rahlatdırır. Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan ordusunun uğurunu ifadə edir.

“Şuşanın Azərbaycan vətəndaşlarının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.” Cənab Prezidentin bu sözləri bizi çox ümidləndirir.

Əlbəttə, bu müharibədə itkilərimiz bizi kədərləndirir. Mülki əhalimiz tələf olur, gənc əsgərlərimiz, hərbçilərimiz rəşadət, fədakarlıq göstərərək şəhid olurlar.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Bu əlbəttə böyük faciədir, lakin xalqımız dözür və bir arzuyla yaşayır – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarımızda qaldırılması!

Əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz xalqımızın arzusunu gerçəkləşdirəçək! Tezliklə işğaldan azad olmuş torpaqlarımıza qaçqınlarımız qayıdacaq, geniş quruculuq işləri başlayacaq!

Yaşasın Ali Baş Komandan, yaşasın Müzəffər Ordumuz”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan oktyabrın 20-də xalqa etdiyi müraciətində də bildirdi ki,

düşmən bizim qarşımızda acizdir: “Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.

Bu gün artıq Ermənistan Azərbaycan Prezidentinin diplomatik siyasəti, Güclü Ordusu və rəşadətli əsgərləri qarşısında diz çökür və çökəcək! Azərbaycan Prezidenti: “Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq qarşımızda diz çöküb, onları diz çökdürmüşük” və “Bax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birilliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

Bəli, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəffər Ordumuzun gücünün, rəşadəttli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir!

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!.

 

Rəhimli Lamiyə

Nəsimi rayon sakini