Balakəndə qətl hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Heftelik.az-a verilən məlumata görə, dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.
Balakəndəki qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. APA-nın xəbərinə görə, Balakən şəhər sakini, 48 yaşlı Qəhrəman İlyas oğlu Bayramovun meyi İsaxlıgirmə yaşayış məntəqəsinin yaxınlığındakı çaydan tapılıb.
Q. Bayramovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiz və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Əldə ounan məlumata əsasən Q. Bayramov cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb.
O, bir-neçə gün əvvəl həbsxanadan azadlığa çıxıb.
Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.