“Güc birlikdədir “ atalar sözünü yalan işlədilməmiş bu günə qədər gəlib çatmamışdır. Bu atalar sözü həyatımızın bütün dövründə öz dərin mənasını qoruyub saxlamışdır. Bu sözü bütün iqtisadiyyata , siyasətə, elmə, mədəniyyətə ,idmana şamil edə bilərik.
Azərbaycan dövlətinin birliyini istənilən sahədə görmək mümkündür. Bunu tarix oxuyanlar xalqımızın birliyini bir çox səhnələrdə oxumuşlar. Ən böyük birliyin başlanğıcı dövlət müstəqilliyimizin bərpasında olmuşdur. Ən çətin anlarda belə Azərbaycan xalqının birliyi olmuşdur, bunun sübutunu erməni vandallarının Azərbaycan xalqının başına gətirən soyqırımların, vəhşiliklərin dünyaya tanıdılması da aydın şəkildə sübut edir. Onu da deyim ki erməni vandalları unutmuşdular ki, biz heç vaxt qisasımızı , doğma torpaqlarımızı onlarda qoymarıq .
Nəhayət ən böyük birliyin simvolunu 44 günlük Vətən Mübarizəmizdə sübutunu qoyduq. Cəbhədə məğrur, qorxmaz əsgərlərimizin birlik olub ,bir yumruq altında birləşərək fədakarcasına, qəhrəmancasına döyüşü Azərbaycan əsgərinin necə bir güclü birlik yaratdığını bütün dünyaya göstərdi. Daha bir birlik xalqın birliyi idi ki , əsgərlərimiz üçün hər şey edirdilər, onlara yeməklər hazırlayıb, paltar, əlcək, onlara lazım olan əşyaları cəbhə bölgələrinə aparırdılar. Azərbaycan mətbuatının birliyini də burda qeyd etmədən keçə bilməzdim. Jurnalistlərimiz cəbhə bölgəsinə, müharibə gedən bölgələrinə qorxmadan, məğrurcasına gedərək həmin ərazilərdən dəqiq və doğru məlumatları həm xalqımıza həm bütün dünyaya çatdırdılar. Bunun nəticəsində mənfur düşmənlərimiz saxta məlumatlar paylaşmağın qarşısı alındı.
Hətta deyərdim ki bu dövrdə olan birliyimiz bütün dünya üçün bir nümunə oldu . Hər bir ölkə Azərbaycanın bir yumruq altında necə birləşdiyini gördü. Bəzi xarici jurnalistlər Azərbaycan xalqının birliyinə həsəd apardıqlarını deməkdən belə çəkinmədilər . Bütün bu birliyin yaradıcısı Ali baş komandan İlham Əliyev idi. Məhz onun düzgün, uzaqgörən və güclü siyasətinin nəticəsində Azərbaycan xalqı bir yumruq olmağı bacardı. Məhz dahi prezidentimizin , məğrur, qorxmaz əsgərlərimizin sayəsində, birlik olmağı bacaran xalqımızın sayəsində biz bu gün qalib xalqın qalib vətəndaşlarıyıq.
Sonda bir şüar demək istəyirəm “Var olsun Azərbaycan xalqının birliyi, var olsun bütöv, müstəqil Azərbaycan!“
Şəlalə Hüseynova
Azərbaycan Dillər Universiteti