Prezidentimizin güclü strategiyası və həmçinin Azərbaycan xalqının tolerant düşüncəsi ilə idarə olunan siyasət təbii ki  möhkəm və qüsursuz olacaq. Ali Baş Komandanın verdiyi qərarları daim dəstəkləyib ona arxa duran Azərbaycan xalqı bu qüsursuz siyasətin ayrılmaz hissəsidir. Tolerantlığını daim dünyaya nümayiş etdirən  Azərbaycan xalqı hər daim humanizmə verdiyi dəyərə və sədaqətə görə mövzuların  mərkəzində olmağı bacarmışdır. Həmçinin günümüzdə Azərbaycan tanınan, seçilən bir dövlətdirsə bunun böyük bir faizi təbiidir ki İlham Əliyevin yürütdüyü siyasətin payına düşür. Onu da qeyd edək ki bu siyasi yol Azərbaycanın güclənməsinə, tarixi mədəniyyətin formalaşıb inkişaf etməsinə də çox böyük təkan vermişdir. Bunu 44 gün davam edən həmin o münaqişənin nəticəsində ki abidələrimizin qədim tarixindən görə bilərik. Onu unutmayaq ki saxtalaşdırılmış məlumatlar həmişə var olub, olacaq da. Sırf bu məlumatları kölgədə qoymaq üçün məhz İlham Əliyevin siyasəti çox böyük örnəkdir. Çünki biz illədir bir xalq olaraq saxtalaşdırılmış məlumatlara məruz qalmışıq. Düşmən tərəf sırf özünün mənafeyi uğuruna əsilsiz, təməlsiz məlumatları irəli çəkməkdən yorulmurdu. Buna misal olaraq Azərbaycanın tarixi memarlıq abidələrini yalandan özününküləşdirərək sanki tarixi saxtalaşdıra biləcəklərini zənn edirdilər. Lakin unudurdular ki Tarix saxtalaşdırılacaq qədər kimsəsiz və dəlilsiz deyil. Bunu isbat edən həmin bu siyasət çox gözəl bir şəkildə hər daim örnək çəkilə bilər.

Humanizm dəyərlərimizə gəldikdə isə nümunə olaraq müharibə zonasından erməni əhalinin sıxışdırılmadan çıxarılmasını, insanlıq dəyərlərinin tapdalanmadığını, onların bu əraziləri tərk etməsi üçün uzun bir müddət tanıdığımızı nümunə gətirə bilərik. Halbuki bunun əksini onlar edərək siyasətdən bixəbər olduqlarını illər öncə nümayiş etdirmişdilər. Biz isə bütün dünyaya bunun kimi örnəklər çəkərək humanizmə və  milli dəyərlərə söykənən siyasəti nümayiş etdirdik və bu siyasət ilə dövlətimizin uca olan adını daim ucaltdıq. Onu da deyək ki xalqın lideri özünü xalqına sevdirə bilibsə və onun xalqı həm çətində həmdə qələbədə onun yanındadırsa, həmin o dövlətə və siyasətə heç bir maneə əngəl ola bilməz. Sözügedən həmin bu siyasəti hər hansı bir dövlət yaratmaq istəsə də alına bilməz. Çünki bu siyasət bizə Ulu Öndərimizin mirasıdır. O mirası idarə edib davam etdirən  həmin o siyasi xadim də hər dövlətə mənsub ola bilməz..

 

Nərmin Xanbutayeva

Azərbaycan Dillər Universiteti