Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Abulbəyli kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Fərhad Yusibov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fərhad Yusibovu bıçaqlamaqda şübhəli bilinən kürəkəni Əvəz Babayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.