Qərbi Azərbaycandan olan soydaşlarımızın siyahıya alınma prosesi yekunlaşıb.
Heftelik.az-ın məlumatına görə, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq 250 mindən artıq adlı siyahı təqdim olunub.
“Yaxın zamanda bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək”.