Hər bir kəsə məlumdur ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı böyük etimad və inam göstərərək prezident seçkilərində İlham Heydər oğlu Əliyevi ” Prezident ” vəzifəsinə seçmişdir. Hələ o vaxt ölkə rəhbərimiz doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəkdir. O, Konstitusiyaya və Qurani-Kərimə əl basaraq bütün xalqın gözü qarşısında and içdi.
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş, İlham Heydər oğlu Əliyev Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbə, 1982-ci ildə aspiranturanı, 1985-ci ildə isə tarix elmləri namizədi elmi dərəcəsini almışdır. Prezident İlham Əliyev 1985 – 1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991 – 1994-cü illər ərzində biznes sahəsində çalışıb, 1994-cü ildən 2003-cü ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə Vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti seçilmişdir. 2005-ci ildə YAP-a sədr seçilib. 2003-cü il avqustun 4 – də Milli Məclisdə təsdiq edilərək Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. Ölkə rəhbərimizin diplomatiya sahəsində də beynəlxalq aləmdə onun nüfuzunu artıran bir çox fəaliyyəti olmuşdur.
2003-cü il 15 oktyabrdan böyük xalq kütləsinin seçimi ilə prezident seçilən İlham Əliyev həmişə xalqın dəstəyinə güvənmişdir. 2003-cü il oktyabr ayının 1-də Ulu Öndərin xalqa tarixi müraciətində gözəl bir nitq söyləyərək İlham Əliyevi belə təqdim etdi.
“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim sona çatdıra bilmədiklərimiz, taleyüklü məsələləri, sizin dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm “.
Seçildiyi bir gündən doğrudan da İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli – mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Bütün dünya ictimaiyyətinə də məlumdur ki, İlham Əliyevin hakimiyyətdə olduğu bu 20 ildə ölkənin sosial-iqtisadi sahədə bir çox nailiyyətlər əldə olunmuşdur. Son 20 il ərzində ümumdaxili məhsul 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb. ÜDM-nin real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb.
Onu da qeyd etmək yerinə düşərdi ki, İlham Əliyev dünyaya sülh və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri olmuşdur. Onun təşəbbüsüylə 2013 – cü ildə oktyabrın 28 – də BMT tarixində ilk dəfə olaraq ” Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ” mövzusunda iclas təşkil edilmişdir. Ölkə rəhbərimizin yenə səyi ilə 2020 – ci ilin dekabrında BMT Baş Assambleyasının Covid-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi sessiyası keçirilmişdir. 2021 – ci il tarixindən Qoşulmama Hərəkatının sədri qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm – müəllif qismində qoşulub. Onun ən yadda qalan uğuru isə 2009 – cu ildə təsdiq etdiyi, ” Azərbaycan Respublikası regionlarının sosial – iqtisadi inkişafı üçün ” Dövlət Proqramı ” təsdiq olunub. İlham Əliyevin ən böyük uğuru isə onun rəhbərliyi altında 44 – gün davam edən 30 illik tarixi torpaqlarımızı düşməndən azad edərək tarixi nailiyyətə imza atdı. Bu onun fəaliyyəti dövrünün Zəfər zirvəsidir. Prezident İlham Əliyevin ” Biz birlikdə güclüyük ” şüarı xalqın qalib ruhunun güzgüsüdür.
Gülnarə Hacıyeva
Nəsimi rayon İctimai Şurasının üzvü